"Kəpəz" iki futbolçusu ilə vidalaşıb.
Bakunews.media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə təmsilçisinin hücumçusu Amil Yunanov və qapıçısı Kamran İbrahimovun başa çatan müqavilələri yenilənməyib.
Hər iki oyunçu komandanı tərk edib.