ABŞ Dövlət Departamenti Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında irəliləyiş olduğunu bildirib

ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.

Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:

"Sülh razılaşması regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq".

0.049595832824707