UEFA Avropa Liqası: "Zirə" "Şerif" səddini keçə bilmədi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.

Bakunews.media xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 1:2 hesablı üstünlüyü ilə bitib.

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 0:1 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (4:5) II təsnifat mərhələsinə yüksəliblər.

"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

09:00

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə "Zirə" "Şerif"i qəbul edəcək.

Bakunews.media xəbər verir ki, azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədikləri görüş Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

"Dalğa Arena"da baş tutacaq görüşü Bulat Sariyevin başçılıq etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüş "Zirə"nin minimalhesablı qələbəsi ilə başa çatmışdı - 1:0

Anar Həsənov

0.14318203926086