Azərbaycanda mindən çox vətəndaş deputat olmaq istəyir
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə 1 048 nəfər namizədlik üçün müraciət edib".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.