Akif Quluzadə növbəti peşəkar döyüşünə çıxacaq

Akif Quluzadə iyulun 26-da Tailandın paytaxtı Banqkokda keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.

Bakunews.media xəbər verir ki, idmançımız "OneFridayFights 72" beynəlxalq turnirində yaponiyalı döyüşü Haruto Yasumoto ilə qarşılaşacaq.

18 yaşlı gənc idmançımız dünyanın ən nüfuzlu liqası olan "OneChampionship" ilə bir ilkə imza ataraq müqavilə imzalayıb.

Qeyd edək ki, yarış iyulun 26-da Bakı vaxtı İlə saat 16:30-da start götürəcək

1.0161190032959