Maradonanın 1986-cı ildəki köynəyi hərraca çıxarılıb
Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının yarımfinal oyununda geydiyi idman köynəyi "Sotheby's" hərracının saytında satışa çıxarılıb.
Bakunews.media xəbər verir ki, həmin oyunda Argentina millisi Belçikanı məğlub edib (2:0). Matçdan sonra Dieqo Maradona rəqibin qapıçısı Jan-Mari Pfaffla forma dəyişib. O vaxtdan köynək qolkiperin şəxsi kolleksiyasında saxlanılır.
Maradonanın forması ilə bağlı hərrac avqustun 2-də baş tutacaq. Slotun başlanğıc qiyməti 700 min dollar olacaq.