UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə növbəti qol vurulub.

Bakunews.media xəbər verir ki, Ağdam təmsilçisinin üstünlüyü davam edir.

Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla "Qarabağ" hesabı 0:2 edir.

UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqası: "Qarabağ"dan növbəti qol

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə ikinci hissə başlayıb.

Bakunews.media xəbər verir ki, "Europa Point Stadium"dakı matçda Ağdam təmsilçisinin üstünlüyü davam edir - 0:1.

Qeyd edək ki, 45+2-ci dəqiqədə Juninyo fərqlənib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" arasında keçirilən görüşdə hesab açılıb.

Bakunews.media xəbər verir ki, Ağdam təmsilçisi hesabda önə keçib.

Juninyo adını tabloya yazdırmağı bacarıb.

Bununla da tərəflər fasiləyə 0:1 hesabı ilə yollanıblar.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" matçı start götürüb.

Bakunews.media xəbər verir ki, böyük maraqla gözlənilən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.

Bakunews.media xəbər verir ki, böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.

Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

23 iyul

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi

"Linkoln" - "Qarabağ"

Saat 20:00, "Victoria Stadium"

Baş Hakim: İştvan Vad

Anar Həsənov

0.046610116958618