Çempionlar Liqası: "Fənərbağça" yeddi qollu matçdan qalib ayrıldı
UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Türkiyənin "Fənərbağça" klubu İsveçrədə "Luqano" ilə qarşılaşıb.
Matçda hesabı ev sahibləri açsalar da, sonda sevinən tərəf İstanbul klubu olub. Edin Dzekonun het-triki və Ferdi Kadıoğlunun qolu "Fənər"in qələbəsini təmin edib. Matç ərzində isveçrəlilər daha iki dəfə fərqlənsələr də bu, məğlubiyyətdən xilas olmaq üçün kifayət etməyib - 3:4.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 30-da oynanılacaq.