Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA

2024-cü il Yay Olimpiya Oyunlarında futbol görüşlərinin ilk turuna səkkiz qarşılaşma ilə start veriləcək.

Bakunews.media xəbər verir ki, ilk oyun günündə Özbəkistan - İspaniya, Argentina - Mərakeş, Qana - Yeni Zelandiya, Misir - Xorvatiya, İraq - Ukrayna, Yaponiya - Paraqvay, Fransa - ABŞ, Mali - İsrail matçları keçiriləcək.

Görüşlər Bakı vaxtı ilə saat 17:00, 19:00, 21:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, ikinci turun qarşılaşmaları iyulun 27-də, son turun matçları isə iyulun 30-da keçiriləcək.

24 iyul

Saat 17:00

Özbəkistan - İspaniya

Argentina - Mərakeş

Saat 19:00

Qana - Yeni Zelandiya

Misir - Xorvatiya

Saat 21:00

İraq - Ukrayna

Yaponiya - Paraqvay

Saat 23:00

Fransa - ABŞ

Mali - İsrail

Anar Həsənov

0.36311292648315