"Neftçi"dən Türkiyə klubuna 500 min dollarlıq təklif

"Neftçi" "Trabzonspor"un futbolçusu Murat Cem Akpınarı transfer etmək istəyir.

Bakunews.media Fotospor.com.tr-yə istinadla xəbər verir ki, "ağ-qaralar" yarımmüdafiəçi üçün Qaradəniz təmsilçisinə 500 min dollar təklif ediblər.

25 yaşlı futbolçu ilə Türkiyənin "Antalyaspor", "Sakaryaspor" və "Kocaelispor" klubları da maraqlanırlar.

Karyerası ərzində "Trabzonspor", "Giresunspor", "Sakaryaspor", "Kocaelispor"da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.

0.045226097106934