"Sumqayıt"ın rəqibinin baş məşqçisi mətbuat konfransında iştirak etməyəcək - SƏBƏB

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransında rəqib komandanın baş məşqçi Tamaş Peto iştirak etməyəcək.

Bakunews.media xəbər verir ki, buna səbəb rəqib komandanın təyyarəsinin gecikməsi olub.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı isə saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi olacaq.

0.041943073272705