Anna Baştanın ilk rəqibi bəlli olub

Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub.

Bakunews.media xəbər verir ki, sablyaçı 1/16 final mərhələsində Çin təmsilçisi Yang Hengyu ilə üz-üzə gələcək.

Qarşılaşma iyulun 29-da olacaq.

Qeyd edək ki, Paris Olimpiadası avqustun 11-də başa çatacaq.

0.045913219451904