Mövsümün ən bahalı transferi baş tutdu

Argentinalı hücumçu Xulian Alvares "Mançester Siti"dən "Atletiko Madrid"ə keçib və 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bakunews.media xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 24 yaşlı futbolçu Madrid klubuna 104 milyon dollara başa gələcək ki, bunun da 22 milyonu oyunçunun nailiyyətlərinə görə bonuslardır.

Bu, "Mançester Siti" üçün rekord satış və yeni mövsümün ən böyük transferidir. 2022-ci ildə ingilis klubu forvardı "River Pleyt"dən 22 milyon dollardan aşağı qiymətə alıb və dərhal mövsümün sonuna qədər onu icarəyə verib.

0.070724010467529