Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

15 yaşlı A.Abbasov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü A.Namazov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.097057104110718