Ağdaşda bir kəndin yarısında qaz var, digərində yoxdur
Ağdaş rayonunun Qumlax kəndinə sonuncu dəfə 1984-cu ildə qaz çəkilib.
Xezerxeber.az-ın məlumatına görə, sonradan kəndin ərazisi genişlənsə də, yeni məhəllələr bu günə qədər qazlaşdırılmayıb.
Sakinlər bildirirlər ki, kəndin yarısında qaz var, digər yarısında yoxdur. Aidiyyəti üzrə də müraciət ediblər.
Məsələ ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, ölkə üzrə qazlaşmayan kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması gündəlikdə duran məsələlərdən biridir və mərhələli şəkildə həyata keçirilir.
Ağdaş rayonunun Qarasuqumlaq kəndinin yeni yaşayış massivinin qazlaşdırılması məsələsinə də növbəti mərhələlərdə baxılacaq.
Ətraflı süjetdə:
Ağdaşda bir kəndin yarısında qaz var, digərində yoxdur
Ağdaşda bir kəndin yarısında qaz var, digərində yoxdur