Yunisin anası yardım DİLƏYİR: "Ağrılarına görə yemək belə yeyə bilmir"

Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Aytən Süleymanlı məlumat verib.

O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:

"Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər".

Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:

"Əməliyyatdan sonrakı müalicələri sizin saytın izləyicilərinin dəstəyi sayəsində davam etdirə bilmişik. Hazırda həkim övladımın yenidən əməliyyat olunmalı olduğunu deyir. Yunis təcili əməliyyat olmalı olsa da, məbləği toplaya bilmədiyimiz üçün əməliyyata girə bilmir. Əməliyyat üçün 3 000 manata ehtiyacımız var. Bu məbləğin 800 manatını toplasaq da, hələ də 2 200 manat çatışmır. Yoldaşımın qıcolma problemi olduğu üçün ağır işlərdə işləyə bilmir, mən isə əvvəllər evlərə təmizlik işləri görməyə, xalça yumağa gedirdim. İnanın ki, uşağın vəziyyəti son dövrlərdə ağırlaşıb, buna görə də artıq bu işləri də görə bilmirəm. Yunis ağrılardan dolayı nə yemək yeyir, nə də su içə bilir. Bir ana üçün bunun nə qədər ağır olduğunu anlayarsınız. Həkimlər əgər əməliyyat geciksə, bunun ciddi bir xəstəliyə çevrilə biləcəyini deyirlər. Yardımsevər insanlardan övladımın müalicəsi üçün bizə dəstək olmalarını, yardımını əsirgəməmələrini xahiş edirəm".

Ailə ilə əlaqə: (099) 328-13-23.

Kapital Bank: 5239 1517 7139 1243.

0.15793609619141