Kəlbəcərdə ovlanan dağ keçilərinin başları kəsilərək yola atılıb?

Kəlbəcər ərazisində dağ keçilərin ovlanıb, başları kəsib və yola atılıb.

Oxu. Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb.

"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekspertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması müəyyənləşəcək", - deyə açıqlamada bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər dövlət xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.

Əzizə İsmayılova

0.048629999160767