Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər - RƏSMİ AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Hava Limanında baqaj üçün 62 kiloqramlıq yükün qiymətinin 986 manat olduğu bildirilib.

Bakunews.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, vətəndaş bu qiymətdən narazıdır və süni şəkildə şişirildiyini iddia edir.

Məsələ ilə bağlı məlumat almaq üçün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirilib ki, videoda əks olunan sərnişinlər "Utair" aviaşirkəti ilə uçuş həyata keçiriblər:

"Baqajın daşınması ilə bağlı şərtlər isə "Utair" aviaşirkətinin qaydalarına əsaslanır".

Məhərrəm Əliyev

0.057785987854004