Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ
"Bir müddət əvvəl yükdaşıma qaydalarını kobud şəkildə pozan 10-FX-652 dövlət qeydiyyat nişanlı, VAZ-2103 markalı avtomobillə bağlı araşdırılıb və məsələyə hüquqi qiymət verilib".
Bu məlumatı Bakunews.media-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev verib.
O, qeyd edib ki, sözügedən qayda pozuntusunun Qəbələ rayon sakini T.Əkbərov tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxs inzibati cərimə növündə məsuliyyətə cəlb olunub.
BDYPİ, xüsusilə nasaz, texniki-təhlükəsizlik baxımından istismara yararsız avtomobillərlə törədilən bu tip kobud qayda pozuntularına qarşı kəsərli tədbirlərin görüldüyünü bir daha xatırladır, sürücüləri təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Ələt-Bakı yolunda təhlükəli yüklə hərəkət edən minik avtomobili ətrafdakıların diqqətini çəkmiş və fotosu sosial şəbəkələrdə yayımlanmışdı.
Əzizə İsmayılova