Anasını itirən körpə nadir xəstəlikdən əziyyət çəkir: Müalicəsi üçün dəstəyə ehtiyac var
Altıaylıq Aydanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun nənəsi Nüşabə Mirzəyeva məlumat verib.
O bildirib ki, nəvəsi anadangəlmə sakrokoksiqeal aqeneziya xəstəliyindən əziyyət çəkir.
"Aydan bu ilin fevral ayında dünyaya gəlib. Qızım hamiləlik vaxtı bütün müayinələrdən vaxtlı-vaxtında keçsə də, nəvəmin belə bir xəstəliyinin olduğunu bilməmişik. Aydanın xəstəliyi nadir olduğu üçün biz onu Türkiyəyə apardıq. Onun körpə olduğu üçün əməliyyata girə bilməyəcəyini dedilər. Buna görə də hazırda müalicə alır. Amma bir yaşından sonra əməliyyat olunmalıdır".
Nüşabə Mirzəyeva qızını doğumdan bir neçə gün sonra itirdiklərini deyib.
"Qızım doğuma tam sağlam girmişdi, sağlam da çıxdı. Övladının xəstəliyini biləndə isə şoka düşdü. Bir neçə gün vəziyyəti ağır oldu, daha sonra isə həyatını itirdi. İnanın, bir ana üçün ən ağır nə varsa, mən bir neçə ayın içində yaşadım. Aydanın doğulmağını necə səbirsizliklə gözləyirdik. Mən qızımın yoldaşına nəvəmə özümün baxmaq istədiyimi dedim, o da razılaşdı. Aydandan qızımın qoxusunu alıram. Hazırda nəvəmin müalicəsi üçün bizim 900 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 511-86-30
"Bank Respublika": 4244 4848 4328 2850.