BDU-nun baş müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov vəfat edib.

Bakunews.media xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Şamil Alməmmədovun tədqiqat sahəsi türk dilinin qrammatik quruluşu olub.

O, rus, türk və ərəb dillərini bilirdi. Şamil Alməmmədov fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.

0.087281227111816