Azərbaycanda 18 yaşdan kiçik bəy və gəlinlərin SAYI AÇIQLANDI
Azərbaycanda rəsmi nikah yaşı 18-dir. Əvvəlki qanuna görə, üzrlü səbəblər olduqda bu həddi 1 yaş endirmək mümkün idi. Belə ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Ancaq bu il qanuna dəyişiklik edilərək, sözügedən qayda ləğv edilib.
Modern.az-ın məlumatına görə, 2023-cü ildə 18 yaşadək rəsmi qeydə alınan gəlinlərin sayı 223 olub.
Bu göstərici 2022-ci illə müqayisədə az olsa da, 2020 və 2021-ci illə müqayisədə çoxdur. Son illərdə rəsmi qeydə alınan bəy və gəlinlərin sayı aşağıdakı kimidir:
2015-ci il: 388 gəlin, 3 bəy.
2016-cı il: 312 gəlin, 3 bəy.
2017-ci il: 317 gəlin, 1 bəy.
2018-ci il: 338 gəlin.
2019-cu il: 366 gəlin, 1 bəy.
2020-ci il: 165 gəlin, 1 bəy.
2021-ci il: 137 gəlin, 1 bəy.
2022-ci il: 270 gəlin, 1 bəy.
2023-cü il: 223 gəlin, 1 bəy.