Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomaşın Zərdab rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

0.093209981918335