Avtomobilin üzərində içki məclisi təşkil edən gənclərlə bağlı polis HƏRƏKƏTƏ KEÇDİ

Sosial şəbəkələrdə gənclərin hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil etdiklərinin görüntüləri yayılmışdı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə sürücü ilə yanaşı ictimai qaydanın pozulmasına yol verən sərnişinlər də müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmin görüntüləri təqdim edirik:

0.049170017242432