Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanın dörd rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakunews.media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

"Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin 83.0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə sentyabrın 5-i saat 09:00-dan etibarən işlər başa çatanadək "Aşağı Göynük", "Qax", "Əliabad", "Zaqatala", "Makov", "Katex" və "Balakən" QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

"Report"un məlumatına görə, rayon ərazisində yerləşən "Masallı" qazpaylayıcı stansiyadan qidalanan Qəriblər kəndində 2024-2025-ci illər payız-qış tədbirlər planına uyğun olaraq qaz xətlərini dayaq üzərinə qaldırılması üçün Qəriblər, İsilər, Məmmədrzaküçə və Əzizabad kəndlərinin ümumilikdə 600 abonentin qaz təchizatının 5 sentyabr tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

0.060935974121094