Atası atıb gedib, Aminənin yaşaması üçün təcili əməliyyata ehtiyacı var - ANADAN YARDIM ÇAĞIRIŞI
Altı yaşlı Aminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Ülviyyə İlyasova məlumat verib.
O bildirib ki, övladı 2018-ci ildə qapalı spina-bfida diaqnozu ilə dünyaya gəlib:
"Aminənin altı yaşı var. O qısa ömründə artıq üç dəfə ciddi əməliyyat keçirib. O, bir yaşında spina-bfidanın aradan qaldırılması, iki yaşında böyrək, üç yaşında isə ayaqlarından əməliyyat olunub. Aminənin hazırda ən böyük problemi böyrəkləri ilə bağlıdır. Onun böyrəkləri cəmi 15% işləyir. Həkimlər müalicələrin vaxtında etməsək, bu faizin daha da aşağı düşəcəyini, vəziyyətin daha da ağırlaşacağını deyirlər".
Gənc ana Aminənin hazırda əməliyyatı üçün 1 700 manata ehtiyacları olduğunu deyib:
"Övladımın müalicələri ilə bağlı dəfələrlə İranda olmuşuq. Aminə sidiyə özü çıxa bilmədiyi üçün hər gün ona kateter qoşmalı oluram. Belə olan halda da o, yatağa məhkum qalır, gəzib oynaya bilmir. Hazırda Aminənin sidik kanalına kateter qoyulmalıdır. Əməliyyat Gürcüstanda baş tutacaq, bunun üçün isə bizim 1 700 manata ehtiyacımız var. Mənim Aminədən başqa iki övladım var, yoldaşım isə bizi atıb gedib. Anam və övladlarımla yaşayıram. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bu çətin yolda bizi tək buraxmamaları üçün onlara yalvarıram".
Ailə ilə əlaqə: (051) 956-25-69
Kapital Bank: 4169 7388 6273 8972.
Atası atıb gedib, Aminənin yaşaması üçün təcili əməliyyata ehtiyacı var - ANADAN YARDIM ÇAĞIRIŞI