Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Bakunews.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 8:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb.
Qrız, Lerikdə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.