Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb
Ağstafada bədbəxt hadisə baş verib.
Bakunews.media xəbər verir ki,, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.
Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.