Vətəndaşlara 113 min manat dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müxtəlif vaxtlarda beş nəfərin 80 000, 20 000, 8 000, 2 000 və 3 500 manat olmaqla ümumilikdə 113 500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2 000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.
Paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.