Paşinyan Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Dövlət katibi Antoni Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib.

Bu barədə Bakunews.media TASS-a istinadən xəbər verir.

Bildirilib ki, Nikol Paşinyanla Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlər, həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə edilib.

0.15486001968384