11-ci sinif şagirdi ilk dərs günü qan tökdü - TƏFƏRRÜAT
Goranboyda ilk dərs günü baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi məktəbi bitirən gəncə bıçaqla xəsarət yetirib.
Sözügedən hadisəyə səbəb bıçaqlanan şəxsin 11-ci sinif şagirdini söyməsi olub.
2007-ci il təvəllüdlü Ramal Musayev bıçaqla Arif Həsənəliyevin ayaq nahiyəsinə kəsik xəsarətləri yetirib.
Məhərrəm Əliyev
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.