Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar törədilib.

Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuş Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı onların daha üç vətəndaşa məxsus velosipedi oğurladığı, habelə Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını sındıraraq içərisindən 14 min manat pul ələ keçirdikləri müəyyən edilib. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların digər oxşar cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb

Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb

0.12258505821228