37 yaşlı qadın özünü asıb
Bakıda intihar hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ülviyyə Hacımurad qızı Hümmətova özünü asaraq həyatına son qoyub.
Onun asılı vəziyyətdə qalan meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.