Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

APA xəbər verir ki, hadisə Məhsəti küçəsi, 5 a ünvanında qeydə alınıb.

Belə ki, 5 nömrəli Peşə Liseyinin IV kurs tələbəsi 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

0.14381408691406