Xarici diplomatlar Sərsəng su anbarında aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Sərsəng su anbarına gediblər.

"Report" xəbər verir ki, diplomatlar su anbarının hazırkı vəziyyəti, bərpa prosesi və gələcək istismarı ilə bağlı planlarla tanış olublar.

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.

"Report" xəbər verir ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan "Yuxarı Vəng" su elektrik stansiyasında olub.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.

Daha çox foto burada: PhotoStock.az

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.

"Report" xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

0.19244599342346