Ağır xəstəlikdən əziyyət çəkən körpənin anası: "Dəstəyə ehtiyacımız var"
Ağır xəstəlikdən əziyyət çəkən üç yaşlı Abbasın dəstəyə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.
O bildirib ki, övladı böyrək xərçəngindən əziyyət çəkir:
"Abbasın üç yaşı var. Biz bir neçə ay öncə onun böyrək xərçəngindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də əlimizdən gələn hər şeyi etmişik. Son 20 gündür sizin saytın izləyicilərinin dəstəyi ilə onun kimyaterapiyalarını və müalicələrini etdirə bilirik. Bu xəstəlik o qədər xərc tələb edir ki, artıq tükənmişik".
Məleykə Fərzəliyeva yardımsevər şəxslərdən dəstək istəyib:
"Abbasın bu günə qədər olan müalicələrini qohumların və sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda Abbasın qarşıda 28 həftəsi var, bu müddət ərzində o kimyaterpiyalar və müalicə almalıdır. Bunu dayandırmağımız onu itirməyimizə səbəb ola bilər. Bizim həftəlik 1 200 - 1 500 manat xərcimiz olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 534-24-16.
Kapital Bank: 4169 7388 1120 6808.