Tələbə yoldaşı tərəfindən xəncərlənən Elmirin vəziyyəti açıqlandı
Mübahisə zamanı vəziyyəti açıqlanıb.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-un sorğusuna cavab olaraq məlumat verilib.
"2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) 17.09.2024-cü il tarixdə saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub".
Qeyd edək ki, Bakıda 5 nömrəli Peşə Liseyində tələblər arasında dava olub. Liseyin 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Elmir Ramil oğlu Nəsirov həmin təhsil ocağının tələbəsi ilə mübahisə edib. Mübahisə zamanı tələbə yoldaşı ona xəncərlə 5 zərbə endirib.