İsrailin müdafiə naziri müharibənin yeni mərhələsinin başladığını elan etdi

İsrailin müdafiə naziri Yoav Qalant sentyabrın 18-də etdiyi çıxışında müharibənin yeni mərhələsinin başladığını elan edib.

Bakunews.media xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

"Ağırlıq mərkəzi şimala doğru sürüşür. Bu, o deməkdir ki, biz gücləri, resursları və enerjini getdikcə daha çox şimala yönləndiririk", - deyə Qalant bildirib.

"Bu əməliyyat hərtərəfli bir əməliyyatdır və onun missiyası aydın və sadədir - şimal icmalarının sakinlərini təhlükəsiz şəkildə evlərinə qaytarmaq", - o əlavə edib.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri öz bölmələrindən biri olan 98-ci diviziyanı Qəzza zolağından Livanla sərhədə köçürür.

0.90531802177429