Kosmetoloqların fəaliyyətinə nəzarət varmı?

Kosmetoloqların sayı çox, bu sahədə təhsili olanların isə sayı azdır.

Müvafiq tibbi təhsili olmayanlara müraciət isə çox vaxt xoşagəlməz nəticələrə səbəb ola bilir.

Həkim-kosmetoloqların sözlərinə görə, bir çox şəxslər kurslara gedərək bu işi görürlər. Bundan məlumatı olmayan vətəndaşlar isə prosedurdan sonra fəsadlarla üzləşiblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, bununla bağlı quruma tez-tez şikayətlər daxil olub.

Analitik Ekspertiza Mərkəzindən qeyd edilib ki, nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlarla bağlı inzibati tənbeh tədbirləri, cərimə tətbiq edilib.

Ətraflı süjetdə:

Kosmetoloqların fəaliyyətinə nəzarət varmı?

Kosmetoloqların fəaliyyətinə nəzarət varmı?

0.099339962005615