Bakıda ustanın asılmış meyiti üç gün sonra tapıldı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.

Lənkəran rayon sakini, 34 yaşlı Ravid Zülfəli oğlu Salayev burada qohumunun evində özünü asıb.

Məlumata görə, Ravid Salayev həmin evdə usta işləyib. Onun meyiti üç gün sonra aşkar edilib.

Mərhumun hansı səbəbdən özünü öldürməsi məlum deyil.

0.060193061828613