Birinci Qarabağ müharibəsi şəhidi Mübariz Məmmədov dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyənləşən Mübariz İlyas oğlu Məmmədov dəfn olunub.

Bakunews.media xəbər verir ki, şəhid Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Mübariz İlyas oğlu Məmmədov 1966-cı il avqustun 13-də Tovuz şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Ağdam rayonu Sırxavənd kəndində itkin düşüb. Onun nəşinin qalıqları itkin düşdüyü Ağdam rayonun Sırxavənd kəndində aşkarlanan kütləvi məzarlıqda aşkarlanıb.

0.31426811218262