Çox işləmək beyin üçün zərərlidir: Neyrobioloqlardan TÖVSİYƏ

Müasir həyat ritmi çox vaxt bizi imkanlarımızın son həddində işləməyə, ofisdə gecəyarısına qədər oturmağa və ya evdə kompüter arxasında uzun saatlar keçirməyə məcbur edir. Lakin neyrobioloqların son tədqiqatları göstərib ki, gündə 4 saatdan çox intensiv zehni fəaliyyət nəinki məhsuldarlığıı artırmır, hətta beyin üçün zərərli ola bilər.

Bakunews.media-ın verdiyi məlumata görə, bu barədə "360 TV" ekspertlərə istinadla xəbər verib.

Bildirilib ki, alimlər uzun müddət fasiləsiz işləyərkən beyin hüceyrələrinin bərpa oluna bilmədiyini və yığılmış yorğunluğun növbəti günə keçdiyini, bunun da işin səmərəliliyini və diqqəti azaltdığını vurğulayıblar.

Onlar işin məhsuldarlığını artırmaq üçün aşağıdakı sxemə riayət etməyi tövsiyə edirlər:

- Tapşırığın ən çətin hissəsini ilk 20 dəqiqədə yerinə yetirmək;

- Sonra daha sadə tapşırıqlara keçmək;

- Qısa fasilə etmək;

- Çətin və sadə tapşırıqları növbələşdirərək işə davam etmək.

Neyrobioloqlar vurğulayırlar ki, müntəzəm fasilələr etmək, fəaliyyət növlərini növbələşdirmək və beyni həddindən artıq yükləməməklə uzun illər ərzində zehni aydınlığı, yaradıcılığı və məhsuldarlığı qoruyub saxlamaq olar.

0.32675504684448