Azərbaycanda zəlzələ baş verib
Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bakunews.media xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.
Belə ki, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3.1, dərinliyi 19 kilometr olub.
Zəlzələ hiss olunmayıb.