Kürdəmirdə fərdi yaşayış evində baş verən yanğın söndürüldü

Kürdəmirdə baş verən yanğın söndürülüb.

Bakunews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarabucaq kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 115 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları 95 kvadratmetr sahədə və damına yığılmış 10 ton ot bağlamasının 7 tonu yanıb.

Yardımçı tikilinin və ot bağlamalarının qalan hissəsi, həmçinin bitişik tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Kürdəmir rayonunda fərdi yaşayış evinə bitişik tikilidə yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın hadisəsi rayonun Qarabucaq kəndində qeydə alınıb.

Ehtiyatsızlıqdan baş verən hadisə nəticəsində 120 kvadratmetr ərazi yanıb.

Hazırda yanğının söndürülməsi yönündə işlər görülür.

Həmin görüntüləri təqdim edirik:

0.087785959243774