Bakıda binadan yıxılan azyaşlının vəziyyəti AÇIQLANDI
Bakıda binadan yıxılan beş yaşlı uşağın vəziyyəti açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Azyaşlı Səməd bəy Mehmandarov küçəsində yerləşən binanın ikinci mərtəbəsindən, yaşadıqları evin eyvanından yıxılıb.
Hadisə zamanı ağır xəsarətlər alan uşaq dərhal xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı əvvəlcə Sabunçu Tibbi Mərkəzinə aparılıb. Onun vəziyyəti ağır olduğuna görə əməliyyat üçün Yeni Klinikaya göndərilib.
Qeyd edək ki, uşağın ailəsi əslən Masallı rayonundandır. Onlar həmin ünvanda kirayədə qalırlar.
Ətraflı süjetdə:
Bakıda binadan yıxılan azyaşlının vəziyyəti AÇIQLANDI
Bakıda binadan yıxılan azyaşlının vəziyyəti AÇIQLANDI