Gəncədə partlayış baş verən evdən GÖRÜNTÜLƏR

Gəncədə qaz sızması nəticəsində mənzildə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakunews.media xəbər verir ki, həmin şəxs 1940-cı il təvəllüdlü Taflina Şamil qızı Orucovadır.

Partlayış baş verən həmin evdən fotoları təqdim edirik:

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0.087113857269287