Turab Rzayev: "Bundan qaçış yoxdur, Fransa yenə rəzil olacaq"

"Biz Fransada həm dövlət, həm də parlament səviyyəsində, eyni zamanda, bu ölkənin müxtəlif təşkilatlardakı nümayəndəlikləri səviyyəsində Azərbaycan əleyhinə çıxışlar görürük".

Bu sözləri Bakunews.media-a Fransanın Avropa Parlamentindəki deputatı Natali Luazonun ölkəmizə qarşı çıxışı barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi bütün həmlələrin boşa çıxacağını, Makron hökumətinin yenə biabırçı məğlubiyyətlə üzləşəcəyini vurğulayıb:

"ABŞ Konqresində də bəzi senatorların bu səpkidə çıxışlarının şahidi oluruq. Ancaq qeyd etmək lazımdır ki, onların heç birinin fikrinin Azərbaycan üçün zərrə qədər əhəmiyyəti yoxdur. Digər tərəfdən, belə çıxışlarda Qarabağdan öz istəyi ilə çıxıb gedənlərin geri qayıtması məqsədilə Azərbaycan iqtisadiyyatına, enerji sektoruna qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər verilir. Görünən odur ki, Fransa Azərbaycanda COP29 tədbirinin keçirilməsindən qıcıqlanır.

Fransanın Avropa Parlamentindəki deputatı Natali Luazonun 19 sentyabrda etdiyi çıxış zamanı Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatının nəticəsində guya 100 min erməninin silah gücünə oradan çıxarılmasını bildirməsi və ölkəmizə qarşı sanksiyaların tətbiqini istəməsi də eyni mərkəzdən idarə olunan prosesin davamıdır. Məqsəd məlumdur. Azərbaycanın apardığı müstəqil xarici siyasət Fransanın xoşuna gəlmir. Rəsmi Paris Bakının öz xarici siyasət kursunu onunla razılaşdırmasını istəyir. COP29 ilə bağlı qarayaxma kampaniyası da yeni deyil. Azərbaycan bu ittihamların hamısına layiqli cavab verir. Onların heç biri dövlətimizin getdiyi yola təsir etmək, yaxud onu təyin etmək gücündə deyil. Biz yenə Fransadan belə addımları görəcəyik. Ancaq heç nəyə nail ola bilməyəcəklər, çünki Azərbaycanın apardığı müharibə də, keçirdiyi antiterror tədbirləri də beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğundur. Makron hökuməti ötən il iki dəfə BMT Təhlükəsizlik Şurasında rəzil oldu. Yenə rəzil olacaq, bundan qaçış yoxdur".

Söhrab İsmayıl

0.083735227584839