Bir yaşlı körpə ölümcül xəstəliklə mübarizə aparır: Çarəsizcə sizdən yardım gözləyir
2023-cü il təvəllüdlü Aylin Kənan qızı Məmmədli ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Bakunews.media-a onun valideynləri məlumat veriblər. Bildiriblər ki, bir neçə ay öncə Aylinin qızdırması olub və onu dərhal həkimə aparıblar:
"Həkim bizə sadəcə sətəlcəm olduğunu və müalicə ilə düzələcəyini dedi. Bir həftə müalicə aldı. Müalicə bitən kimi yenidən vəziyyəti pisləşdi. Daha sonra biz başqa həkimə müraciət etdik və böyrəyinin üzərində şiş olduğunu, həmin şişin bədxassəli olduğunu öyrəndik. Aylin əməliyyat oldu, şiş götürüldü. Həmin törəmənin anadangəlmə olduğu və təcili kimyaterapiyalara başlamalı olduğumuzu bildirdilər. İndi biz bu kimyaterapiyaların pulunu toplamağa çalışırıq. 10 min manatın cəmi 2 mini var. Qalanını toplaya bilməyimiz üçün xalqımızdan kömək gözləyirik. Bizi bu ağır sınaqda tək qoymasınlar".
Əlaqə nömrəsi: 0515391315
Kapital Bank: 5239 1517 8299 2310