Fatih Birol: "COP29 metan emissiyaları ilə bağlı problemin həllinə təkan verəcək"
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) metan emissiyaları probleminin həllinə təkan verəcək".
Bakunews.media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə bu gün səhər yüksək profilli tədbirin metanla bağlı öhdəliklərin həyata keçirilməsinə həsr olunmuş iclasının açılışına qatılmaqdan məmnunam. Biz hökumət və sənaye təşəbbüslərinin metan emissiyaları probleminin həllinə göstərdiyi kömək və COP29-un buna əlavə təkan verə biləcəyi ilə bağlı səmərəli müzakirələr apardıq", - o bildirib.
Pleased to open this morning's @IEA-@COP29_AZ High Level Event on Turning Methane Pledges into Action with #COP29 President Mukhtar Babayev
— Fatih Birol (@fbirol) September 24, 2024
Excellent discussions on how government & industry initiatives are tackling methane emissions, and how COP29 can build momentum pic.twitter.com/ktCzooxf5J