Yanıq xəsarətləri alan Turanın anası: "Narkozdan sonra qıcolmaları yarandı, müalicə edə bilmirik"
Beş yaşlı Turanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Almaz Əliyeva məlumat verib.
O bildirib ki, övladı iki il əvvəl üzərinə qaynar su aşırdaraq ağır yanıq xəsarətləri alıb:
"Turanın üç yaşı olanda üzərinə qaynar su aşıraraq ağır yanıq xəsarətləri alıb. Biz həmin zaman Bakıda yerləşən xəstəxanalardan birində iki aya yaxın müalicə aldıq. Bu müddət ərzində Turan üç dəfə dəriköçürmə əməliyyatı oldu. O vaxtdan sonra Turanda dəhşətli qıcolmalar yarandı. Buna görə bir neçə dəfə müalicə alsaq da, övladımın yenidən müalicəyə ehtiyacı var".
Almaz Əliyeva övladının müalicəsi üçün 700 manata ehtiyacları olduğunu deyib:
"Biz Sabirabadda yaşayırıq, mənim Turandan başqa iki övladım da var. Turanın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə rayonda fəhləlik edir. Hazırda biz Bakıya gəlib, müayinələrdən keçməliyik. Bunun üçün isə heç bir maddi imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 790-42-34.
Kapital Bank: 4169 7388 3530 7913.